Lifin ən böyük faydası nizamlı həzmi formalaşdırmaqdır. Buna görə diyetoloqlar artıq çəki ilə mübarizədə yüksək lifli məhsulları seçməyi məsləhət görürlər. Foodinfo.az xəbər verir ki, bu barədə eatthis.com nəşri yazır.

Mütəxəssislər pəhrizə tünd lobya, çia toxumu, nar, alma, quru əncir və konservləşdirilmiş balqabaq kimi qidaları daxil etməyi tövsiyə edir.

“The Nutrition Twins” jurnalına görə, püstə lif və proteini birləşdirdiyi üçün arıqlamaq istəyənlər üçün bir nömrəli qidadır. “Arıqlamaq üçün həm lif, həm də protein almaq vacibdir. Bir çox qidalar bu maddələrdən yalnız birini, lakin nadir hallarda hər ikisini ehtiva edir. Püstə onları bir-birinə əlavə edir. Onlar toxluq hissini saxlamağa kömək edir” diyetoloqlar izah edirlər.

Belə ki, 120 qram püstə 13 qram lif və 25 qram protein ehtiva edir ki, bu da arıqlamaq üçün ideal vasitədir.