Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib.
Bu barədə Foodinfo.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Agentlik bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir.