Yumurta beyin sağlamlığını və inkişafını dəstəkləyən mühüm qida maddələri olan B6, B12, folat və xolinlə zəngindir. Xüsusilə xolin yaddaşda mühüm rol oynayır və onun güclənməsinə dəstək verir.
Foodinfo.az xəbər verir ki, həftədə ən az 2 gün balıq istehlakı beyindəki boz maddəni artıraraq idrak funksiyalarını dəstəkləyir. Bununla belə, xüsusilə hamilə və uşaqlı qadınlar üçün civə yüksək olan balıqlardan qaçınmaq lazımdır.
Qoz, fındıq və badam, balqabaq tumları beyin sağlamlığı üçün əhəmiyyətli bir qaynaqdır. Tərkibindəki sink, maqnezium, mis və dəmir ilə beyin funksiyaları üçün vacib olan qidaları təmin edir. Ancaq duzsuz yeyilməli və gündəlik miqdarını aşmamasına diqqət edilməlidir.
Qəhvə kofein və antioksidantlarla zəngindir. Antioksidantlar sayəsində koqnitiv funksiyaların pisləşməsinin qarşısını alır və konsentrasiyanı artırır. Bununla belə, gündəlik kofein qəbuluna diqqət edilməli, xüsusilə hamilə qadınlar qəbulun miqdarını həkimləri ilə müzakirə etməlidirlər.