
Meyvələr faydalı olsa da, bəzilərini səhər acqarına yemək orqanizmə mənfi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, xüsusilə turşulu meyvələr — portağal, naringi və kivi mədə turşusunu artırır. Bu, qastrit və ya mədə reflüsü olan insanlarda vəziyyəti ağırlaşdıra bilər.
Banan isə tərkibində yüksək maqnezium olduğuna görə acqarına yeyildikdə ürək ritmini poza bilər. Alma və armud da bəzən acqarına köp və qaz yarada bilər. Meyvələrin daha faydalı istifadəsi üçün günorta və ya axşamüstü tövsiyə olunur.
Mədə boş olduğu üçün meyvənin şəkəri qana sürətlə keçir və bu, insulin səviyyəsinin kəskin dəyişməsinə səbəb ola bilər. Əgər meyvə acqarına yeyiləcəksə, onun yanında bir az yulaf və ya süd məhsulu qəbul etmək balansı təmin edə bilər.
Meyvə yeyərkən onun növü, vaxtı və miqdarı nəzərə alınmalıdır. Sağlam qidalanma təkcə "nə yeyirik" sualından deyil, "nə zaman yeyirik" sualından da asılıdır. Bir çox insan səhvən meyvəni səhər aclığında “sağlam seçim” kimi qəbul edir. Halbuki bu vərdiş bəzi hallarda əks təsir göstərə bilər.