
Hazır paket yeməklər, qazlı içkilər, çips, biskvit, kolbasa kimi məhsullar ultra işlənmiş qida sayılır. Onların içində çoxlu şəkər, duz, qatqı maddələri və süni dadvericilər olur.
Bu cür qidaları çox yemək nə ilə nəticələnə bilər?
– Ürək və damar xəstəlikləri yarada bilər
– Şəkər xəstəliyinə səbəb ola bilər
– Bağırsaqları zəiflədir, immuniteti azaldır
– Kökəlməyə səbəb olur
– Beynin işləməsini yavaşladır
– Ən önəmlisi, vaxtından əvvəl ölüm riskini artırır
Belə qidaları az-az və nadir hallarda yemək lazımdır. Ev yeməkləri, təzə meyvə, tərəvəz, qoz-fındıq və təbii qidalara daha çox üstünlük vermək lazımdır.
"Rahat və dadlı" görünən bu qidalar sakit-sakit sağlamlığınızı məhv edə bilər.