Darçınlı alma çayı həm ləzzətinə, həm də sağlamlığa faydalarına görə məşhur bir içki halına gəldib. Alma və darçını birləşdirilərək əldə edilən bu çay insan sağlamlığına çox fayda verir.
Foodinfo.az xəbər verir ki, darçınlı alma çayın əsas faydalarından biri həzm sistemini tənzimləməyə kömək etməsidir. Alma və darçın həzmi asanlaşdıran və həzmsizlik, şişkinlik kimi həzm problemlərini aradan qaldıran xüsusiyyətlərə malikdir. Xüsusilə yeməkdən sonra istehlak edildikdə həzm prosesini sürətləndirə və rahatlama təmin edə bilir.
Bu çay qan şəkərini balanslaşdırmağa kömək edir. Darçının tərkibindəki aktiv maddələr qan şəkərini nəzarət altında saxlamağa kömək edir. Buna görə də bu çayın istifadəsi diabet xəstələri üçün də uyğundur. Ancaq diabet xəstələrinin bu çayı qəbul etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri vacibdir.
Antioksidantlarla zəngin darçınlı alma çayı immunitet sistemini gücləndirməyə kömək edir. İmmunitet sistemini gücləndirmək orqanizmin xəstəliklərə qarşı durmasına və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək etməsi deməkdir.
Alma çayı arıqlamağa da kömək edir. Darçının tərkibindəki antioksidantlar maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını təşviq edir.
İstəyirsinizsə, bir az bal və ya limon əlavə edərək çayı daha da zənginləşdirə bilərsiniz.
Darçınlı alma çayı hazırlamaq olduqca sadədir.
İnqrediyentlər:
- 2 alma
- 2 çay qaşığı toz darçın
- 4 stəkan su
- Bal və ya limon (istəyə görə)
Hazırlanması :
1. Almaların qabığını soyun, tumunu çıxarıb kiçik parçalara ayırın.
2. Bir qazanda suyu qaynadın.
3. Qaynar suya almaları və darçını əlavə edin.
4. Az xodda 10-15 dəqiqə yenidən qaynamağa qoyun.
5. Çayı ocaqdan götürüb 5 dəqiqə dəmlədin.
6. Çayı süzərəkən istəsəniz, bal və ya limon əlavə edərək şirinləşdirə bilərsiniz.