Xaş oynaqlar üçün faydalıdır və dərinin vəziyyətini yaxşılaşdırır, lakin bəzi insanlar onu yeməməlidir.

Onun tərkibində çoxlu miqdarda doymuş yağlar, və ekstraktiv maddələr var.

Bu yeməyi hətta sağlam insanlar da ehtiyatla istehlak etməlidirlər.

Xaş kalori və xolestrol baxımından olduqca zəngindir. Bu qidanın xüsusilə uşaqların inkişaf dövründə istehlak edilməyi tövsiyyə edilir. Bundan əlavə, təkibində olan kollagen maddəsi xərçəng hüceyrələrinə qarşı mübarizə aparır və yaranmasının qarşısını alır. Xərçəngin müalicəsi zamanı istehlak edilən xaş, müalicə müddətini sürətləndirərək, müsbət nəticə əldə edilməsinə səbəb olur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, kollagen maddəsi yalnız sümük suyunda, toyuq suyunda və paçanın tərkibində tapılır. Ümumiyyətlə, xalq arasında bu qida sınıq və çıxıqların müalicəsində istifadə edilir. Bununla bağlı elm adamları arasında araşdırılma aparılmasa da, insanlar sümük möhkəmləndirilməsində xaşın rolunun böyük olduğuna inanırlar. Xaş eyni zamanda kökəltməyə də köməkçi olur. Kökəlmək istəyən şəxslərə gün ərzində 2 boşqab xaş yeməyi məsləhət görülür. Bundan əlavə xaş Omega-3 baxımından olduqca zəngindir.

Faydaları:
- Tərkibində olan vitamin və minerallar orqanizmi, immuniteti gücləndirir;
- Xərçənglə mübarizə aparır və yaranmasının qarşısını alır;
- Autizm xəstəliyini müalicə edir;
- B vitamini ilə zəngin olan xaş, qanazlığını müalicə edir;
- Sümükləri möhkəmləndirir və ağrıları aradan qaldırır;

Zərərləri:
Xaşda doymuş yağlar və kalori miqdarı çodur. Bu da qan damarlarında dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Buna görə də çəki problemi olan şəxslərə tez-tez istehlak etməyi məsləhət görülmür. İstehlak edildikdə isə gün ərzində hərəkətdə olmaqları tövsiyyə edilir. Eyni zamanda xolestrol baxımından da zəngin olan qida, xolestrolu yüksək olan şəxslərə məsləhət görülmür. Həddindən artıq istehlak edildiyində ürək piylənməsinə səbəb olur.