Həkim Yevgeni Belousov alkoqoldan zəhərlənmə riskini azaltmağa kömək edən məhsulları açıqlayıb.
Həkimin fikrincə, mal əti, qaraciyər, dəniz məhsulları və yerkökü spirtlə zəhərlənmə riskini azaltmağa kömək edəcək.
Onun sözlərinə görə, sink və B vitaminləri ilə zəngin qidalar alkoqol zəhərlənməsi riskini azaltmağa kömək edəcək:
“Belə məhsullara mal əti, qaraciyər, dəniz məhsulları, məsələn, istiridyə, siyənək, buğda rüşeymləri, həmçinin yerkökü, noxud, soğan, ispanaq və qoz-fındıq daxildir. Spirtli içkilərin həddindən artıq və ya sürətli qəbulu ilə zəhərlənmə riski artır. Spirtli içkiləri qarışdırmamaq, kiçik qurtumlarla içmək, kokteyllərdən uzaq durmaq daha məsləhətlidir”. (Lent.az)