Gündəlik həyatımızda məkanından asılı olmayaraq zaman-zaman stress yaşayırıq. Elə insanlar var ki, buna qarşı daha həssas olur, həmin hissi ağır keçirir. Stress mütəmadi hal aldıqda xəstəliklərin yaranma riski də artır.
Bir çox şəxslər bunu müxtəlif üsullarla aradan qaldırmağa çalışır, mütəxəssislərə müraciət edir.
Həkimlər deyir ki, bəzi qidalar stressi azalda bilir. Sözügedən qidalar isə bunlardır:
Balqabaq toxumu;
Yulaf əzməsi;
Qırmızı bibər;
Çay;
Somon;
Tünd şokolad;
Yaşıl mərci;
Qaragilə;
Yumurta;
Karbohidratlar;
İspanaq;
Balıq;
Püstə;
Avakado;
Xam tərəvəz.