Ədviyyatlar yeməklərə xüsusi dad qatmaqla yanaşı, əhval-ruhiyyəyə və ümumi sağlamlığa da müsbət təsir göstərə bilər. Əsrlərdir mövcud olan “ədviyyat ulduz falı” hər bürc üçün uyğun hesab edilən ədviyyatları müəyyənləşdirir. Foodinfo.az “Kleo”ya istinadla xəbər verir ki, düzgün seçilmiş ədviyyatlar insanın özünü daha enerjili və balanslı hiss etməsinə kömək edə bilər.

Qoç bürcü altında doğulanlar üçün reyhan ideal seçim sayılır. Bu ədviyyat uzun müddət gümrahlığı və sağlamlığı qorumağa kömək edir. Buğa, Dolça və Əkizlər bürcünə aid olanlar yeməklərinə rahatlıqla istiot əlavə edə bilərlər, çünki istiot bu bürclərin nümayəndələrinin həm sağlamlığına, həm də əhvalına müsbət təsir göstərir.

Xərçəng bürcü üçün muskat cevizi tövsiyə olunur. Onun yüngül şirin dadı və ətri yeməklərə xüsusi zəriflik qatır, eyni zamanda bu bürcdə doğulanların özlərini daha inamlı və pozitiv hiss etməsinə kömək edir. Şir bürcünə isə ədviyyatların şahı sayılan zəfəran uyğun gəlir və bu seçim Şirin xarakteri ilə mükəmməl uzlaşır.

Qız bürcü üçün mixək ideal hesab olunur. Bu ədviyyat tənəffüs problemlərinin azalmasına, ağrıların yüngülləşməsinə və zehni rahatlığa töhfə verir. Tərəzi bürcünə darçın məsləhət görülür — bu qədim ədviyyat insanı isidir, daxili enerjini artırır və sakitlik hissi bəxş edir.

Əqrəblər üçün kardamon uyğun sayılır. Bu ədviyyat daxili harmoniyanı gücləndirir, narahatlıq və gərginliyi azaldır. Oxatan bürcü altında doğulanlara zəncəfil tövsiyə olunur, çünki o, orqanizmi möhkəmləndirir, enerji verir və diqqəti artırır.

Oğlaq bürcü üçün ən uyğun seçim zərdəçaldır. Bu ədviyyat həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, çəkinin normallaşmasına və orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Balıqlar üçün isə dəfnə yarpağı məsləhət görülür — immuniteti gücləndirir, gümrahlıq və zehni aydınlıq yaradır.

Mütəxəssislər bildirirlər ki, bürcünüzə uyğun ədviyyatları seçməklə həm yeməklərin dadını zənginləşdirmək, həm də gündəlik rasionu daha faydalı hala gətirmək mümkündür.