Həkim-dietoloqlar bildirirlər ki, portağal düzgün vaxtda qəbul edildikdə immuniteti gücləndirir, dərinin sağlamlığını dəstəkləyir və dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.
Foodinfo.az xəbər verir ki, portağalı səhər yeməyindən sonra yemək ən uyğun seçimdir. Bu zaman həm həzm sistemi daha rahat işləyir, həm də orqanizm gün boyu C vitaminindən faydalana bilir.
Alternativ olaraq, mütəxəssislər portağalın günorta yeməyindən sonra desert kimi qəbul edilməsini də tövsiyə edirlər, çünki digər qidalarla birlikdə vitamin daha balanslı şəkildə sorulur.
Bununla yanaşı, portağalı acqarına yemək mədədə turşuluq, yanma və narahatlıq yarada bilər. Xüsusilə mədə həssaslığı olan şəxslərə bu tövsiyə edilmir. Eyni zamanda, gec saatlarda portağal qəbulunun bəzi insanlarda mədə şişkinliyi və ya tez-tez sidiyə getmə ehtiyacını artıra biləcəyi qeyd olunur.
C vitaminindən maksimum fayda əldə etmək üçün portağalı günün birinci yarısında və yeməkdən sonra istehlak etmək daha məqsədəuyğundur.






