Azərbaycanda adət halına gələn yeməkdən dərhal sonra çay içməyin çox zərərli olduğu ortaya çıxıb. Axşam yeməyindən dərhal sonra içilən çayın tərkibindəki tanin adlı komponentin dəmirin sorulmasını ləngidən bir maddə olduğu müəyyən edilib. Bu, anemiyanı artıra və anemiyaya səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, qanda kifayət qədər dəmir olmaması səbəbindən yaranan anemiyanın qarşısını almaq üçün axşam yeməyindən sonra çay içməmək lazımdır. Çayın tərkibindəki tanin komponenti yemək zamanı bədənimizə daxil olan qida maddələrinin udulmasını yavaşladacaq və həmçinin qana daxil olan dəmirin miqdarını azaldacaq. Nəticədə anemiya meydana gələcək. Bu xəstəlikdən qorunmaq üçün yeməyin həzm olunmasını gözləmək və müəyyən müddətdən sonra çay içmək lazımdır.