Ərik qurusu kaliumla çox zəngindir. Buna görə də qan təzyiqini tarazlaşdırır, ürəyin normal fəaliyyətini dəstəkləyir və həmçinin bədən əzələlərini dəstəkləyir. Bilməlisiniz ki, quru ərik orqan və toxumaların sağalmasına və inkişafına kömək etməklə yanaşı, həm də qanyaradıcı xüsusiyyətlərə malikdir. Təbii ki, onun ən güclü faydalarından biri bağırsaq florasını tənzimləməsi və həzmi dəstəkləməsidir.

 Foodinfo.az xəbər verir ki, quru əriklərin maddələr mübadiləsini sürətləndirici təsiri qəbizliyin qarşısını almaqla yanaşı, şişkinliyi aradan qaldıraraq arıqlamağınıza da kömək edə bilər. 

 Əgər şişkinlik probleminiz varsa, qəbizlikdən tez bir zamanda xilas olmaq istəyirsinizsə və dərman istifadə etməyi sevmirsinizsə, təbii resept kimi ərik qurusundan istifadə edə bilərsiniz. 

Gecə yatmazdan əvvəl 5 ədəd ərik qurusu yemək və 1 stəkan ilıq su içmək lazımdır. Bu üsulla səhər yuxudan duranda rahatlıqla tualetə gedə biləcəyinizi və gün ərzində şişkinlik yaşamadığınızı görəcəksiniz. 

Qəbizliyin qarşısını almağın ən təsirli yollarından biri idmandır. Daimi hərəkət və məşq qəbizliyin qarşısını ala və bağırsaqlarınızı cavanlaşdıra bilər.