Alkoqolsuz yüksəkkeyfiyyətli içkilər istehsalının qlobal lideri sayılan “Coca-Cola” şirkəti Adrian Çernautanı Qafqaz regionu üzrə yeni direktorvəzifəsinə təyin edib.
Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.
Çernautan təcrübəsi 16 ili əhatə edir ki, bu müddət ərzində o, “Coca-Cola” və “KraftFoods/Mondelez” kimi mültimilli şirkətlərdə çalışıb. Adrian Çernautan premium və kütləvi brendlərin müxtəlif portfellərinin yaradılması və idarə edilməsi üzrə mütəxəssisdir. O, həmçinin, franşizaların idarə edilməsi üzrə sertifikatlaşdırılmış təliçmidir.
Adrian Çernautan “Coco-Cola” şirkəıtinin qlobal komandasına 2009-cü ildə qoşulub. O, Rumıniyada brend üzrə kommersiya direktoru və Moldova, Macarıstan və Avsriyada baş direktor vəzifələrində çalışıb.
“Qafqaz regionunda “Coca-Cola” şirkətinin biznesinə rəhbərlik etməyə olduqca məmnunam. Bu, mənim üçün tam yeni bazardı və mən maraqlı və brend və ictimaiyyət üçün vacib olan yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirəm, - deyə Adrian Çernautan bildirib.