Diyetoloq Natalya Lazurenko bildirir ki, tərəvəz, meyvə, dənli bitkilər, paxlalılar, qoz-fındıq, toxum və balıqlar ömrü uzatmağa kömək edən qidalardır.
Foodinfo.az xəbər verir ki, hekim bunun tərəvəz və meyvələrin immunitet sistemini gücləndirməyə və orqanizmi müxtəlif xəstəliklərdən qorumağa kömək edən vitaminlər, minerallar, antioksidantlar və qida maddələri ilə zəngin olması ilə əlaqələndirir.
Gündəlik olaraq qeyd olunan qidaların yeyilməsi insan sağlamlığı üçün önəmlidir.
Diyetoloq onu da əlavə edib ki, allergiyası olan insanlar meyvə və tərəvəzlərin seçimində diqqətli olmalıdır.