Dietoloq, qastroenteroloq, terapevt Alexandra Razarenova sağlamlığı yaxşılaşdırmaq üçün diyetə itburnu əlavə etməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert Sputnik radiosuna müsahibəsində bildirib ki, itburnu tərkibinə görə möcüzəli məhsul adlandırıla bilər. Belə ki, o, bütün bitkilər arasında ən zəngin C vitamini mənbələrindən biridir və aparıcı mövqe tutur.

Mütəxəssisin qeyd etdiyi kimi, itburnu tərkibində antiinflamatuar xüsusiyyətlərə malik olan antioksidantlar - karotenoidlər və flavonoidlər var, həmçinin hüceyrələri sərbəst radikalların təsirindən qorumağa və vaxtından əvvəl qocalmanın qarşısını almağa kömək edir.

“Bu bitki həm də xolesterini bağlamağa və bədəndən çıxarmağa kömək edən pektinlərlə zəngindir. İtburnu tərkibində də olan A vitamini göz sağlamlığına faydalıdır və görmə qabiliyyətini yaxşılaşdırır”, - deyə dietoloq əlavə edib.

Nurlan