Foodinfo.az düşbərənin hazırlanma qaydasını təqdim edir:

Tərkibi

Xəmir üçün:

- 2 stəkan un

- 1 ədəd yumurta

- 1/2 çay qaşığı duz

- Su (xəmiri yoğurmaq üçün)

İçlik üçün:

- 200-250 qram qiymə (mal və ya qoyun əti)

- 1 ədəd soğan (xırda doğranmış)

- Duz, istiot

Şorba üçün:

- 1 litr ət bulyonu və ya su

- Duz, istiot

- Qurudulmuş nanə və ya keşniş (istəyə bağlı)

Hazırlanması:

   - Unu bir qaba ələyib üzərinə yumurta və duz əlavə edin.

   - Yavaş-yavaş su əlavə edərək bərk xəmir yoğurun. Xəmir elastik və hamar olmalıdır. Xəmiri təxminən 20 dəqiqə dincə qoyun.

   - Qiyməni bir qaba qoyaraü üzərinə xırda doğranmış soğan, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

   - Xəmiri nazik şəkildə açın (təxminən 1 mm qalınlıqda) və kiçik kvadratlar şəklində kəsin.

   - Hər bir kvadratın ortasına az miqdarda qiymə qoyun, sonra küncləri birləşdirib kiçik düşbərə şəklində bükün.

   - Bir qazanda ət bulyonunu və ya suyu qaynadıb duz və istiot əlavə edin.

   - Qaynayan suya düşbərələri tökün. Düşbərələr suyun üzərinə çıxana qədər bişirin (təxminən 5-7 dəqiqə).

   - Düşbərə bişdikdən sonra üzərinə qurudulmuş nanə və ya keşniş səpərək isti şəkildə süfrəyə verin.

Nuş olsun!