Yumurta bir çox insanın sevimli səhər yeməyidir. Bəzən hər gün yumurta yesəniz, arıqlaya biləcəyinizi düşünə bilərsiniz. Hamı bilir ki, yumurta sağlam çəki saxlamağa kömək edə bilən proteinlə zəngindir.
Foodinfo.az bildirir ki, arıqlamaq üçün kalori çatışmazlığı tələb olunur, lakin bu, vacib olan yeganə amil deyil. Daha çox protein və lif yemək, məşq etmək, gün ərzində müntəzəm yemək və yeməklərdən həzz almaq arıqlama prosesində rol oynayır.
Başqa bir həyat tərzi dəyişikliyi etmədən pəhrizinizə yumurta əlavə etmək artıq çəki itkisinə səbəb olmayacaq.
Tək başına yumurta yemək arıqlamağın zəmanəti olmasa da, onları pəhrizinizə əlavə etmək kömək edə bilər. Çünki yüksək protein tərkibi, aşağı kalorili, asan tapılması əsas səbəblərdir.