Göbələklər sağlamlıq üçün faydalı qida mənbələridir və bir çoxu müalicəvi xüsusiyyətlərə malikdir.
Foodinfo.az xəbər verir ki, göbələklər immuniteti gücləndirir, bədəndəki iltihabı azaldır və antioksidant təsir göstərir.
Şiitake göbələyi ürək sağlamlığını qoruyaraq xolesterolu azaldır.
Reishi isə streslə mübarizə aparır və yuxunu tənzimləyir.
Maitake göbələyi qan şəkərini tarazlaşdırmağa kömək edir və diabet riskini azaldır.
Göbələklər həmçinin B vitaminləri, D vitamini və liflə zəngindir, bu da enerjini artırır və həzm sistemini dəstəkləyir.
Faydalı göbələkləri qida rasionuna daxil etmək sağlamlıq üçün vacibdir.