Foodinfo.az limonlu keksin hazırlanma qaydasını təqdim edir:
Tərkibi
- 3 ədəd yumurta
- 1 su stəkanı şəkər tozu
- 1/2 su stəkanı duru yağ
- 1/2 su stəkanı süd
- 2 su stəkanı un
- 1 paket qabartma tozu
- 1 paket vanilin
- 1 ədəd limonun qabığı (rəndələnmiş)
- 1/2 ədəd limonun suyu
Hazırlanması:
1. Bir qaba yumurtaları və şəkər tozunu əlavə edib şəkər tamamilə əriyənə qədər mikserlə çırpın.
2. Duru yağ və südü qarışıma əlavə edərək yenidən qarışdırın. Sonra rəndələnmiş limon qabığını və limon suyunu da qarışığa əlavə edin.
3. Ayrı bir qabda un, qabartma tozu və vanilini qarışdırın. Quru qarışığı maye qarışıma əlavə edib spatula ilə yavaşca qarışdırın.
4. Qarışığı yağlanmış keks qəlibinə tökün. Əvvəlcədən 180°C-də isidilmiş sobada 30-35 dəqiqə, keksin üstü qızarana qədər bişirin.
5. Keksi sobadan çıxarıb soyuması üçün bir qədər gözlədin. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!