Yumurtanın gecə yeyilməməsi barədə düşüncələr daha çox həzm prosesi və yuxu keyfiyyəti ilə bağlıdır.
Foodinfo.az xəbər verir ki, yumurtalar protein və yağ baxımından zəngindir, bu da mədə-bağırsaq sisteminin onu həzm etməsini gecikdirə bilər.
Gecə yeyildikdə həzmi daha uzun çəkə bilər və bu da mədə narahatlığına, şişkinliyə səbəb ola bilər.
Eyni zamanda, ağır yeməklər yatmadan öncə istehlak edildikdə yuxu keyfiyyətinə mənfi təsir göstərir.
Həddindən artıq protein və yağ bədənin istirahət rejiminə keçməsini çətinləşdirir, nəticədə narahat yuxu və yuxusuzluq yarana bilər. Bu səbəblərdən yumurtanın gecə yeyilməməsi tövsiyə olunur.