Mağazadan alınan ədviyyatlar ehtiyatla seçilməlidir. Onların bəzilərində sağlamlıq üçün təhlükəli kimyəvi elementlər ola bilər. Foodinfo.az xəbər verir ki, bunu endokrinoloq, dietoloq, tibb elmləri namizədi Yevgeniya Nuzhdina deyib. Onun spzlərinə görə, zəfəran, adaçayı, rozmarin, darçın, mixək kimi ədviyyatlardan istifadə edərkən ehtoyyatlı olmaq lazımdır.
Həkim mədə-bağırsaq traktının xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar pəhriz saxlayanlara yeməkdə xardal, sarımsaq, acı bibər və digər acı ədviyyatlardan istifadə etməməyi məsləhət görüb. Mütəxəssis izah edib ki, onlar mədə və bağırsaq şirələrinin ifrazının miqdarını artırır ki, bu da sağlamlığa ziuandır.