Qastroenteroloq Yekaterina Kaşux kartof hazırlamaq üçün ən faydalı üsulunu açıqlayıb. Foodinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, məşhur inancın əksinə olaraq, kartof aşağı kalorili məhsuldur. O, vitaminlər və minerallarla zəngin kifayət qədər sağlam qidadır. Kartofun əsas komponenti 17%-ni təşkil edən nişastadır. Lakin kartof həm də lif, zülal, yağ, kalium, fosfor, maqnezium, dəmir və B vitaminləri ilə zəngindir.
Kartofun nə qədər sağlam olacağı tərəvəzi necə hazırlamağınızdan asılıdır. Həkim qeyd edib ki, kartofu hazırlamağın ən sağlam üsulları qaynatmaq və buxarda bişirməkdir. Əgər siz kartofu qabığı ilə bişirsəniz, onda qida maddələrindən əlavə, həzm üçün dəyərli olan lif də olacaq. Kartof püresi daha az sağlam bir seçim hesab olunur. Yağda qızartma zamanı isə kalori və yağın miqdarı artır və potensial kanserogen maddə olan akrilamid əmələ gəlir.