Qazaxıstanın istehsal etdiyi "Aral duzu" Rusiya bazarında payını 12%-ə çatdırıb.
Məlumata görə, bu ilin yanvar-may aylarında Qazaxıstanda 88,9 min ton duz istehsal olunub, bu isə illik müqayisədə 6,7% çoxdur.
2018-ci ilin I rübünün nəticələrinə görə, yerli istehsal ölkənin duza olan tələbatını demək olar ki, ödəyib, üstəlik onun 2/3 hissəsi xarici ixrac olunub.
Qeyd edək ki, "Araz duzu"nun alıcıları arasında Azərbaycan da var. Qazaxıstandan duz idxalı ötən ildən başlayıb. (Report)