“Həftədə iki dəfədən artıq şirniyyat qəbulundan uzaq durmaq, ən azı gündə iki litr su içmək lazımdır”.

Foodinfo.az xəbər verir ki, bu sözləri Türkiyə dietoloq Mustafa Furkan Yadigar deyib. 

Onun sözlərinə görə, həftədə iki dəfədən artıq şirniyyat qəbulu qanda şəkərin təmzimlənməsini müşkülə çevirə bilər. Bu problemin aradan qaldırılması üçün meyvələrə daha çox üstünlük verilməlidir. 

“Adətən şirniyyatlar şərbətli və bol kalorili olur. Şirniyyatları, qoz, fındıq və süd kimi məhsulları istifadə edərkən şirniyyatdakı şəkər qana daha yavaş qarışdığı üçün şəkərimiz daha yavaş yüksələcək”, - deyə ekspert vurğulayıb.