Yapon alimləri iş günü ərzində ofis işçiləri üçün ən sağlam və ən zərərli qidaları müəyyən etmək üçün araşdırma aparıblar.
Foodinfo.az xəbər verir ki, bu təcrübədə 8 Tokio şirkətindən 20 ilə 75 yaş arasında dəyişən 620 nəfər iştirak edib.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, ofis işçiləri üçün ən faydalı qida korporativ yeməkxanaların yeməkləridir.
Evdə hazırlanmış yeməklər ikinci yeri tutub. Bununla belə, restoran yeməklərində və hazır yeməklərdə qida maddələrinin və vitaminlərin miqdarı kritik dərəcədə aşağı olub.
Alimlər bu tədqiqatın nəticələrinin iş gigiyenası standartlarını yaxşılaşdırmaq üçün faydalı olacağına ümid edirlər.
Nurlan