Ərik çəyirdəyi xoş dadına görə çox adam onu yeməyi sevir. Amma qeyd etmək lazımdır ki, ərik çəyirdəyi çiy, çox və tez-tez istehlak edilərsə, problemlərlə üzləşə bilərsiniz.

Foodinfo.az bildirir ki, ərik çəyirdəyi və ya alma, şaftalı, nektarin, armud, albalı və acı badam kimi meyvələrin toxumlarında "amigdalin" adlı kimyəvi və zəhərli birləşmə var.

Bu meyvələrin toxumu təbii olaraq həzm fermentlərinə davamlı olan xarici təbəqəyə malikdir, lakin çeynədikdə həzm fermentləri ilə təmasda olduqda orqanizmdə “amigdalin” ifraz olunur və daha sonra “sianid” zəhəri əmələ gəlir və zəhərlənmələrə səbəb olur.

Bədəndə bu zəhərin çox miqdarda istehsalı baş ağrısı və başgicəllənmə, epilepsiya, ürəkbulanma, qusma, ürək döyüntüsünün artması, qan təzyiqinin artması, tənəffüs pozğunluqları, iflic və nəhayət ölüm kimi bir çox narahatlığa səbəb olur. Təbii ki, özəyi çeynəyib açılmasa, zəhərlənmə baş verməyəcək. 

Ərik çəyirdəyinin səbəb olduğu sianid zəhərlənməsi riskini azaltmaq üçün qeyd etmək lazımdır ki, ərik ləpəsi qoz-fındıq və ya hazır qəlyanaltı kimi çiy istehlak edilməməli, istehlakdan əvvəl ən azı 30 dəqiqə isladılıb qaynadılmalıdır.