Bəziləri çox vaxt çörək haqqında mənfi danışır və əsas kimi də kalorili olduğunu göstərir. Amma bu həqiqətən doğrudurmu? Foodinfo.az Livekuban.ru -ya istinadən xəbər verir ki, professor-dietoloq Anatoli Skalnı tanış məhsullar haqqında həqiqəti söyləyib.
İnsanın gündə qəbul etdiyi karbohidratların optimal miqdarı təxminən 150-200 qramdır. Sağlam bir insan üçün aktiv həyat tərzinə uyğun olaraq gündə üç dilimə qədər çörək istehlak etmək kifayətdir. Sağlam qidalanma həvəskarları da kartof yeməyin əleyhinədirlər. Professor Skalnının dediyi kimi, məhsulun kalorililiyi 100 qramda 76 vahid təşkil edir ki, bu da nisbətən aşağıdır. Bu miqdarda məhsulun tərkibində xüsusilə 2 qram protein, 16 qram karbohidrat və 0,4 qram yağ var. Təhlükəsiz doza gündə bir və ya iki kartofdur.