Yaşıl çay bütün dünyada istehlak edilən məşhur içkilərdən biridir. Bu çay sağlamlıq üçün faydalı birləşmələrlə doludur. Yaşıl çayın müntəzəm istifadəsi diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir.  

Tərkibindəki katexinlər adlanan antioksidantlar bəzi xərçənglərdən qorunmağa kömək edir. Tədqiqatlar göstərir ki, yaşıl çay diabet və ürək xəstəliklərinin inkişaf riskini azaldır. Tərkibindəki kofein sayəsində maddələr mübadiləsini sürətləndirir və arıqlama prosesini dəstəkləyir. 

Foodinfo.az-ın məlumatına görə, yaşıl çayın istehlak miqdarı insandan insana dəyişə bilər. Bununla belə, tövsiyə olunan gündəlik doza 2 stəkandır. 

Yaşıl çayın tərkibində kofein var. Həddindən artıq kofein istehlakı insanın narahatlıq hisslərini artırır və yuxu balansını pozur. Bu da baş ağrısı və mədə narahatlığına səbəb ola bilər. 

Hamiləlik dövründə həddindən artıq kofein istehlakı düşmə riskini artıra bilər. Gündə 300 mq-dan çox kofein istehlak etmək zərərlidir. Yaşıl çayın tərkibindəki katexinlər dəmiri qidadan udmaq qabiliyyətinizi azaldır. Həddindən artıq istehlak dəmir çatışmazlığına səbəb ola bilər. 

Tərkibindəki kateşinlər bəzi dərmanlara müdaxilə edərək onların təsirini azalda bilər.