Hər kəs bilir ki, meyvələrin sağlamlığımız üçün çoxlu faydaları var. 

Foodinfo.az xəbər verir ki, banan, alma və ya armud kimi meyvələr şəkərli quruluşuna görə bədəndə ifraz olunan insulini sürətlə artıra bilər. Bu xüsusiyyətlərinə görə bu meyvələr dadlı olsa da, sağlamlıq üçün ideal sayılmır və həkimlər tərəfindən çox tövsiyə edilmir. 

Araşdırmalara görə, insan sağlamlığı üçün ən faydalı olduğu müəyyən edilən 3 meyvə aşağıdakılardır:

LİMON

Daim süfrələrimizdə olan limon turş dadına baxmayaraq bir çox qidalandırıcı xüsusiyyətlərə malikdir. Limon mədə şirəsinin turşuluğunu artıraraq həzmi asanlaşdırır. Tərkibindəki C və K vitaminləri ilə yanaşı, zəngin bir kalium mənbəyi kimi də tanınır.

QREYPFRUT 

C və K vitaminləri ilə zəngin olan digər qida qreypfrutdur. Tərkibində minimal miqdarda qlükoza və fruktoza var. Bu meyvə demək olar ki, heç bir pis xüsusiyyətə malik deyil və buna görə də tez-tez tibbi qidalanma üsullarında müraciət edilir.

NAR

Narın qabığı və tumları da daxil olmaqla hər şeyinin sağlam olduğu bilinir. Narın şirəli hissəsi kalium, fosfor və maqneziumla zəngindir. Onun qabığında yüksək miqdarda dəmir var.