Hazır qidaların istehlakı ürək-damar xəstəliklərini artırır

Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan pizza, hamburger, çizburger, sendviç, qızardılmış toyuq və qızardılmış kartofu həftədə bir neçə dəfə istifadə etməklə sağlamlığımız üçün çox böyük təhlükə yaradırıq.

Foodinfo.az xəbər verir ki, hazır qidaların tərkibində çox miqdarda yağ və əlavələr olduğu üçün bədənə çoxlu miqdarda kalori daxil olur, bu da piylənmə və şəkərli diabet kimi xəstəliklərə səbəb olur.

 Bu qidalar sağlam qidalardan beş-yeddi dəfə çox enerji ehtiva edir, çünki onların tərkibində sağlam olmayan yağlar və çoxlu duz var.

Tərkibində doymuş yağlar və yüksək kalori olduğu üçün bu növ qidaların davamlı və yüksək istehlakı qanda piylənmə və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Bu qidaların hazırlanmasında istifadə edilən yağ kanserogendir.

Fast food bişirmək üçün adətən bir neçə dəfə işlədilmiş yağdan istifadə olunur və yüksək istilik yağın yanmasına və tərkibində kanserogen ola biləcək birləşmələrin yaranmasına səbəb olur.

 Həmçinin, kolbasalarda nitritdən rəngləndirici kimi istifadə olunması orqanizmin həzm sistemində xərçəngin yaranmasına gətirib çıxardır.

 Zaman keçdikcə fast foodların istehlakı orqanizmin immun sisteminə daha çox hücum edir və kəskin xəstəliklərə yoluxma və inkişaf riskini artırır.

Şəbnəm