Çox su içmək orqanizm üçün mənfi nəticələrə səbəb ola bilər. İnsanın gündəlik su ehtiyacı fərqli amillərdən asılı olaraq dəyişir, lakin orta hesabla 1,5-2 litr su içmək kifayətdir.
Foodinfo.az xəbər verir ki, həddindən artıq su içmək böyrəklərə əlavə yük yaradır və onların normal fəaliyyətini pozur. Çünki böyrəklər artıq suyu xaric etmək üçün daha çox işləməli olur ki, bu da böyrək funksiyalarının zəifləməsinə səbəb ola bilər. Nəticədə böyrək daşlarının və iltihabi proseslərinin yaranma riski artır.
Qədərindən artıq su içmək hüceyrələrin normal işləməsini də pozur. Hüceyrələrin strukturu və metabolizmi dəyişir, bu da orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir. Hətta beynin fəaliyyətini də məhdudlaşdıra bilər.
Aşırı su içəndə qan daxilində natrium, kalium, kalsium və digər elektrolitlərin səviyyəsi aşağı düşür , bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Bundan başqa, həddindən çox su içmək qanın qatılığını azaldır və bununla da qanın damar divarlarına zərər verir. Bunun nəticəsində isə ürək-damar xəstəlikləri baş verə bilər.
Beləliklə, orqanizmin su ehtiyacını ölçülü qaydada ödəmək və sağlamlığa zərər verməmək vacibdir. Gündəlik 1,5-2 litr su içmək orqanizm üçün optimal sayılır.