ABŞ alimləri yumurtanın qidanıza müntəzəm daxil edilməsinin lehinə yeni bir arqument tapıblar. Foodinfo.az Doctorpiter.ru-ya istinadən xəbər verir ki, yumurta yeməyin demensiyanın inkişaf riskinə necə təsir etdiyini öyrənmək üçün alimlər Harvard Məktəbinin dəyişdirilmiş qida tezliyi sorğusundan istifadə ediblər.

Onlar öz işlərinin nəticələrini The Journal of Nutrition jurnalında dərc ediblər. Həftədə bir və ya daha çox yumurta yemək Alzheimer xəstəliyinə tutulma riskinin 47% azalmasına səbəb olur.

Üstəlik, yumurta yeməyin demensiyanın inkişafına ümumi təsirinin 39%-i sarısının tərkibindəki xolinlə bağlıdır.