İspanağı təkrar qızdırıb yemək sağlamlıq baxımından tövsiyə edilmir. Bunun səbəbi ispanağın tərkibindəki nitratların yüksək temperaturun təsiri ilə nitritə və daha sonra potensial kanserogen olan nitrozaminlərə çevrilməsidir. Bu kimyəvi dəyişiklik sağlamlıq üçün təhlükəli ola bilər.

Foodinfo.az xəbər verir ki, ispanaq təbii olaraq nitratlarla zəngindir. Təkrar qızdırıldıqda nitratlar nitritə çevrilir ki, bu da uzun müddətdə zəhərlənməyə və ya xərçəng riskinin artmasına səbəb ola bilər.

Xüsusilə körpələr və uşaqlar üçün bu vəziyyət daha ciddi ola bilər.

Həmçinin təkrar qızdırma ispanağın qida dəyərini də azaldır və dadını dəyişdirir. 

Ispanağı bişirildikdən sonra dərhal istehlak etmək və artıq qalmış porsiyaları təkrar qızdırmamaq tövsiyə edilir. Əgər qalıq ispanaq yemək istəyirsinizsə, onu soyuducuda saxlayaraq soyuq yeməklər və ya salatlara əlavə edə bilərsiniz. Bu, həm qida dəyərini qoruyur, həm də sağlamlığınız üçün daha təhlükəsizdir.