Albalı şirəsinin gözlənilməz faydaları məlum olub. Foodinfo.az xəbər verir ki, somnoloq Şam Sinq yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün bu içkini içməyi məsləhət görür.
Yuxu mütəxəssisi izah edir ki, albalı şirəsində sirkadiyalı ritmləri tənzimləyən və keyfiyyətli istirahətə kömək edən melatonin var.
Şam Sinq onu da əlavə edib ki, şirə içmək üçün optimal müddət yatmazdan bir-iki saat əvvəldir. Bu müddət ərzində melatonin daha yaxşı yuxu təmin edərək bədəndə uyğunlaşmağa vaxt tapır.
Somnoloq bildirib ki, maksimum effekt əldə etmək üçün şirə mütəmadi olaraq içilməlidir.