Endokrinoloq Yekaterina Yanq qaraciyəri məhv edən məhsulların açıqlayıb. Foodinfo.az xəbər verir ki, həkim istifadəsi məhdudlaşdırılmalı olan məhsulların siyahısını öz teleqram kanalında dərc edib.

Alkoqol qaraciyərin iltihabına, çapıqlaşmasına və sirozuna gətirib çıxarır.

Fast food, qızardılmış yeməklər, konservlər - bütün bunlar ödünü qatılaşdırır.

Həmçinin çoxlu miqdarda süd məhsulları və un istehlakı qaraciyərə mənfi təsir göstərir.

Şirniyyatlar çox yüksək kalorili olur və qida maddələrində demək olar ki, yoxdur. Şirniyyatların böyük miqdarda istifadəsi yalnız çəki artımına deyil, həm də qaraciyərin yağlanmasına səbəb olur.

Nərmin