Yumurta çoxlu qiymətli mikroelementlər və vitaminlər ehtiva etdiyi üçün səhər yeməyi üçün ən yaxşı seçimlərdən biri hesab olunur.

Alimlər bu məhsulun səhər saatlarında qəbul edilməsinin  aşağı kalorili pəhrizlə birlikdə arıqlamağa kömək etdiyini sübut ediblər. Həmçinin müəyyən edilib ki, yumurtalı səhər yeməyi daha uzun müddət toxluq hissi yaradır və əsas yeməklər arasında qəlyanaltı etmək istəyini xeyli azaldır.

Bundan əlavə, səhər yeməyində yumurta uzun müddət toxluq hissini təmin edə bilir. O, enerji verir və orqanlarımızı qiymətli mikroelementlər və vitaminlərlə “qidalandırır”. Zülal və amin turşularının bolluğu sayəsində yumurta əzələlərin tonusunu artırır və beynin aktiv işləməsinə kömək edir (lent.az)