Gündəlik qidalanmada geniş istifadə olunan quru meyvələr istehlakdan əvvəl mütləq yuyulmalıdır. İlk baxışdan təmiz görünsə də, quru meyvələrin üzərində sağlamlıq üçün risk yarada bilən maddələr qala bilər.
Foodinfo.az xəbər verir ki, quru meyvələr qurudulma, qablaşdırma və daşınma prosesində toz, kir və mikroorqanizmlərlə çirklənə bilər. Bundan əlavə, bəzi məhsulların rəngini qorumaq və daha cəlbedici göstərmək üçün üzərinə kükürd dioksid kimi kimyəvi maddələr vurulduğu qeyd olunur.
Xüsusilə uşaqlar, yaşlılar və allergiyaya meyilli şəxslər üçün bu riskin daha yüksək olduğunu bildirilir. Quru meyvələrin yuyulması həmin maddələrin böyük hissəsinin təmizlənməsinə kömək edir və sağlamlıq üçün təhlükəni azaldır.
Quru meyvələr axar suyun altında yaxşıca yuyulmalı, daha sonra isə 5–10 dəqiqə ilıq suda saxlanmalıdır. Bu üsul həm tozu, həm də mümkün kimyəvi qalıqları azaltmağa kömək edir. Sabun və ya deterjan istifadəsi yolverilməzdir.
Sağlam qidalanma üçün bu sadə, lakin vacib addımın vərdişə çevrilməsi tövsiyə edilir.






