Hər gün süd içmək bədənimizdə müxtəlif dəyişikliklərə səbəb ola bilər. Südün tərkibində olan kalsium, zülal, vitaminlər və minerallar bədənimizin bir çox funksiyasını dəstəkləyir.

Foodinfo.az hər gün süd içməyin faydaları təqdim edir:

1. Kalsiumun saxlanması: Süd kalsiumla zəngin bir içkidir. Hər gün müntəzəm olaraq süd istehlak etmək sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azaldır. 

2. Zülal və enerji: Yüksək keyfiyyətli protein mənbəyidir. Hər gün süd içmək bədəni lazımi zülal və enerji ilə təmin edərək gündəlik fəaliyyətlərinizdə daha gümrah olmağınıza kömək edir. 

3. Vitaminlər və minerallar: Süddə A, D, B12 kimi vacib vitaminlər, kalium və maqnezium kimi minerallar var. Bu vitamin və minerallar bədən funksiyalarını dəstəkləyərək ümumi sağlamlığa müsbət təsir göstərir. 

4. Dəri sağlamlığı: Süd içmək dərinin nəm balansını qorumağa və dəri sağlamlığını dəstəkləməyə yardımçı olur. Süddə olan yağ turşuları dərinin yumşaq və hamar edir.

Ancaq hər gün müntəzəm olaraq süd içmək sağlamlığa müsbət təsir göstərsə də, bəzi insanlar üçün əks təsirləri də ola bilər. Şəxsi sağlamlıq vəziyyətinizi və pəhriz ehtiyaclarınızı nəzərə alaraq süd istehlakına qərar vermək daha yaxşı olardı.