“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.
Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri müxtəlif ölkələrin hərbi qulluqçuları və qonaqlara nümayiş etdirilir.