44 yaşlı şotland alpinist Dave Makleod qeyri-adi pəhriz sayəsində arıqlamağa və sağlamlığını yaxşılaşdırmağa müvəffəq olduğunu iddia edir. Foodinfo.az xəbər verir ki, bu barədə “The Sun” yazıb.

Makleod hər gün fast food restoranlarından aldığı 12-16 burger yeyirdi. O hesab edir ki, nəticədə o, daha dözümlü və formada olub, psixi sağlamlığı yaxşılaşıb. Kişi qeyd edib ki, indi məşq zamanı daha çox çəki saxlaya və bir qolundan daha uzun müddət asa bilir.

Makleodun sözlərinə görə, o, üç kiloqram arıqlayıb və ekzemadan xilas olub.

Nurlan