Arıqlamaq bir çox insanın arzusudur. Ancaq arıqlamaq üçün tək pəhriz saxlamaq kifayət deyil. Düzgün qidalanmaq, müntəzəm idman etmək və sağlam həyat tərzi sürmək vacibdir.
Gün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun.
Foodinfo.az iştahkəsən qidaları təqdim edir:
TÜND ŞOKOLAD
Tünd şokolad kakaonun acı dadına görə iştahkəsən qidalar arasındadır. Tünd şokoladın tərkibindəki sterik turşu həzmi ləngidir və uzun müddət toxluq hissi yaradır.
ALMA
Bütün alma sortları əslində toxluq baxımından faydalıdır. Almada həll olunan liflər və toxluq hissi yaradan "pektin hormonu" var. Bu meyvə, həmçinin qlükoza balansınızı tənzimləyir və eyni zamanda enerji səviyyənizi artırır.
YUMURTA
Araşdırmalar göstərib ki, səhər yeməyində bir və ya iki yumurta yemək eyni kalorili bir simit yeməkdən daha uzun müddət tox saxlayır. Yumurtalar zülalla zəngin olduğundan, daha yavaş həzm olunur və bədəninizdə daha uzun müddət toxluq hissi yaradır. Xüsusilə yumurta ağının mədədə həzm müddəti kifayət qədər uzundur. Bu, mədənin daha uzun müddət aclıq siqnalı göndərməməsinə səbəb olur, yəni siz tox qalırsınız.
YAŞIL ÇAY
Qəhvə içməyi sevmirsinizsə və yalnız su içmək istəmirsinizsə, sizin üçün ən yaxşı seçim yaşıl çayı isti, təzə qaynadılmış su ilə qarışdırıb içməkdir. Yaşıl çay həm iştahınızı azaldır, həm də qlükozanın yağ hüceyrələrinə keçməsinin qarşısını alaraq qan şəkərinin düşməsinin qarşısını alır. Əgər qan şəkəriniz düşmürsə, aclıq hiss etməyəcəksiniz.
BADAM
Bir ovuc badam antioksidantlar, E vitamini və maqneziumla zəngindir. Bundan əlavə, badam insanlarda toxluq hissi yaratdığından, uzun müddət aclıq hiss etmədən davam etmələrini təmin edir. Bu, insanların çəki nəzarəti üçün ciddi şəkildə faydalı olan bir vəziyyətdir. Badamın toxluq hissi yaratdığı müxtəlif araşdırmalarla sübut edilmişdir.
QƏHVƏ
Gündə bir və ya iki fincan qəhvə içsəniz, bu, maddələr mübadiləsini ciddi şəkildə gücləndirəcək. Bu şəkildə siz daha az aclıq hiss edəcəksiniz. Təbii ki, çox qəhvə içməmək lazımdır. Əks təqdirdə, aqressiv olmağa başlaya bilərsiniz. Bundan əlavə, çox yüksək kalorili olan şəkər və qaymağı qəhvə ilə birlikdə qəbul etməməlisiniz.
ZƏNCƏFİL
Zəncəfil köklərinin həzm üçün faydaları uzun müddətdir məlumdur. Bu səbəbdən insanlar tez-tez yeməklərinə zəncəfil əlavə edirlər. Zəncəfil həzm miqdarını artırdığı üçün daha çox enerji və daha çox toxluq hissi verir.
AVOKADO
Avokado tərkibindəki lif və ürəyə faydalı mono doymamış yağlar sayəsində müəyyən səviyyədə istehlak edildikdə aclığınızı yatırır. Bu kiçik meyvənin tərkibindəki yağlar beynə mədənin tox olduğuna dair mesajlar göndərir. Təbii ki, yüksək kalorili olduğu üçün avokadonu çox yeməməlisiniz.