Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzərinizə çatdırır ki, ixrac prosesini həyata keçirməzdən əvvəl xarici ölkələrin idxal tələbləri və oxşar məsələlərlə bağlı zəruri məlumatları ətraflı və operativ şəkildə əldə etmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir”.