Kaloriləri hətta 12 faiz məhdudlaşdırmaq iltihabı azaltmaqla sağlam yaşlanma şansınızı artıra bilər. Foodinfo.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Aging Cell” jurnalında dərc olunmuş tədqiqatında deyilir.

Bir çox tədqiqatlar göstərib ki, heyvanlarda orqanizmi zəruri vitamin və minerallardan məhrum etmədən kalorilərin məhdudlaşdırılması yaşa bağlı xəstəliklərin inkişafını ləngidir, ömrü uzadır, keyfiyyətini və stressə qarşı müqavimətini artırır. Yeni araşdırmalar bu təsirin insanlara aid olduğunu göstərir.

Tədqiqatçılar müəyyən ediblər ki, bu kiçik kalorili məhdudiyyət heyvanlarda olduğu kimi insanlara da eyni təsir göstərir. Məsələn, o, enerji istehsalına və maddələr mübadiləsinə cavabdeh olan genləri aktivləşdirib, eyni zamanda iltihaba qarşı genləri sıxışdırıb.

Fərid