Kiçik detallar aşpazın həyatını xeyli asanlaşdıra bilər. Foodinfo.az xəbər verir ki, Hochu.ua saytı kartof bişirərkən kömək edəcək maraqlı məlumat paylaşıb.
Kartofu daha sürətli bişirməyə imkan verəcək sadə bir üsul var. Sizə lazım olan tək şey adi diş çubuğudur.
Kartofları qaynar suya qoymazdan əvvəl diş çubuğundan istifadə edərək üzərində bir neçə kiçik deşiklər açın. Bu deşiklər qaynar suyun kartofun içərisinə daha sürətli nüfuz etməsinə imkan verəcək və bişirmə müddətini 10-15 dəqiqə azaldacaq.