Qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux bildirib ki, kartof düzgün saxlanmadıqda sağlamlığa zərər verə bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssis kartofun qabığı və cücərtilərində zəhərli maddə - solanin olduğunu bildirib. O, qeyd edib ki, tərəvəzin özünü zərərvericilərdən və göbələklərdən qorumaq üçün ona ehtiyacı var. Ancaq insanlarda solanin intoksikasiyaya səbəb ola bilər. Bunun baş verməməsi üçün kök yumrularının qabığı və gözləri kəsilməlidir, sonra tərəvəz termal emal edilməlidir - qaynadılmış və ya bişmiş olmalıdır. Onun sözlərinə görə, yaşıl qabığı da kəsməyə dəyər.
Nurlan