Diyetoloqlar həyəcan verici bir tendensiyanın yayıldığı barədə xəbərdarlıq edirlər: son zamanlar bir çoxları az zülal qəbul edib, çox karbohidratlarla orqanizmlərini yükləyirlər. Nəticədə, bir çox ölkələrin sakinləri artıq çəkidən əziyyət çəkir, müxtəlif ciddi xəstəliklərlə bağlı problemlər yaşayırlar.

Foodinfo.az rasionunuzda kifayət qədər zülalın olub-olmadığını yoxlamağı təklif edir. 

Qidalanma mütəxəssisləri tərəfindən hazırlanmış siyahı buna kömək edəcək. Belə ki, aşağıdakı 5 vacib əlamət daha çox protein qəbul etməli olduğunuzu göstərir.

1. Son zamanlar pis yatırsınız.
Bu, zülal çatışmazlığının ən bariz əlamətidir. Beynimiz sağlam yuxu üçün lazım olan hormonların səviyyəsini idarə edir. Lakin zülal çatışmadıqda reseptorların həssaslığı azalır, hormonal disbalans və yuxusuzluq yaranır.

2. Saçlarınız və dırnaqlarınız nazik və kövrək olub.
Bu, bədəndə protein məhsullarında olan keratin çatışmazlığının əlamətidir. Belə vəziyyətdə bədən proteinə qənaət rejimini işə salır və ondan saç və dırnaqların gözəlliyini və sağlamlığını qorumaq kimi "ikinci dərəcəli" məqsədlər üçün istifadə etmir. Kəsmik, ət, balıq və paxlalılar kimi qidalar tarazlığın bərpasına kömək edəcək.

3. Payız və qışda tez-tez soyuqlayırsınız.
Bədəndə zülal çox azdırsa, immun sistemi orqanizmi qorumaq üçün anticism istehsal edə bilmir. Bakteriyalar və viruslar həyati vacib orqanlara asanlıqla nüfuz edir, nəticədə yeni ağ qan hüceyrələrinin sayı azalır.

4. Qəlyanaltı kimi şirin desertlər və un məmulatlarından çox istifadə edirsiniz.
Bir çoxumuz ləzzətli desertləri sevirik, lakin siz tez-tez "atışdırmaq" barədə düşünürsünüzsə, çay və ya qəhvə ilə içməyə yüksək kalorili, şirin desertlər seçirsinizsə, bu da bədəndə protein çatışmazlığının əlamətidir. Məsələ burasındadır ki, zülal şəkərin normallaşdırılması funksiyasını yerinə yetirir və bədəndə kifayət qədər olmadıqda zülal çatışmazlığını sürətli karbohidratlarla kompensasiya etməyə çalışırıq.

Nurlan