Limonlu su sağlamlığa bir çox fayda versə də, bəzi insanlar üçün zərərli ola bilər. Foodinfo.az xəbər verir ki, aşağıdakı qruplar limonlu su içərkən ehtiyatlı olmalıdır:

1. Mədə turşuluğu yüksək olanlar – Limon turşuluq səviyyəsini artırdığı üçün qastrit, reflüks və mədə xorası olan insanlarda yanma hissi və mədə ağrısı yarada bilər.

2. Ağız və diş problemləri olanlar – Limon turşusu diş minasını zəiflədib həssaslığı artırır. Daim limonlu su içmək dişlərdə eroziyaya və həssaslığa səbəb ola bilər.

3. Böyrək problemləri olanlar – Limon yüksək miqdarda oksalat tərkibli olduğuna görə böyrək daşı problemi olan insanlar üçün təhlükəli ola bilər. Oksalat böyrək daşlarının yaranmasını sürətləndirə bilər.

4. Alergiyası olanlar – Limon bəzi insanlarda allergik reaksiyalar (dəri qaşınması, dodaqlarda şişkinlik, nəfəs darlığı) yarada bilər. Sitrus meyvələrinə həssaslığı olanlar limondan uzaq durmalıdır.

5. Düşük qan təzyiqi olanlar – Limon qan təzyiqini azalda bilər, bu isə hipotoniya (aşağı təzyiq) problemi olan insanlarda halsızlıq və başgicəllənmə yarada bilər.

6. Sidik yolları infeksiyası olanlar – Limonlu su sidik kisəsini qıcıqlandıra bilər və tez-tez sidiyə getmə hissini artıraraq narahatlıq yarada bilər.

7. Dərman qəbul edənlər – Bəzi dərmanlar limonun tərkibindəki turşularla qarşılıqlı təsirə girə bilər. Xüsusilə qan durulducu dərmanlar və mədə dərmanları qəbul edənlər ehtiyatlı olmalıdır.

Əgər bu problemlərdən hər hansı birini yaşayırsansa, limonlu su içməzdən əvvəl həkimlə məsləhətləşmək daha yaxşıdır.