•  Konserva qutuları hər hansı bir açılış üçün yoxlanılmalıdır.
  • Qutunun yuxarısında və ya altında heç bir qabar formalaşması olmamalıdır.
  • Mütləq istifadə müddəti yoxlanılmalıdır.

Bəs görəsən konserləşmiş qida qabları niyə şişir?

Foodinfo.az xəbər verir ki, bankalarda görünən qabarıq formasiyalar yeməyin xarab olduğunun göstəricisi ola bilər. Bununla belə, anormal qutuların yeganə səbəbi pisləşmə deyil. Həddindən artıq doldurulma və ya soyuq bağlanma da şişkinliyə səbəb ola bilər. Qida məhsulunun tərkibindəki turşuların metalın qida ilə təmas etməsinə cavabdeh olan lak təbəqəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan hidrogen qazı şişkinliyin əsas səbəblərindən biridir. 

Konservləri necə saxlamaq lazımdır?

Açılmamış konservlər 15-20 °C temperaturda quru yerdə saxlanmalıdır. Bunların yanında yuyucu vasitələr, kimyəvi maddələr saxlanılmamalıdır. Konservlərin saxlandığı yerlərdə ev heyvanları, həşəratlar və zərərvericilər kimi heyvanlar olmamalıdır. Konservdən istifadə edilərkən ən köhnəsinə üstünlük verilməli.