Quba rayonunda otellərin birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hadisə “Rixos Quba” otelində kanatın qurulması zamanı qeydə alınıb.
“Kanatda dartma işləri apararkən qırılma baş verib. Nəticədə 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. Digər işçilər 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır”. (AzVision.az)